VI və VII siniflər monitorinq olunur.
VI və VII siniflər monitorinq olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VI sinif şagirdlərinin təbiət fənni üzrə və VII sinif şagirdlərinin Azərbaycan tarixi fənni üzrə monitorinqi həyata keçirilir. Monitorinqdə şagirdlərə 20 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır. Tapşırıqların icrası üçün şagirdlərə 45 dəqiqə vaxt verilir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. Bütün şagirdlərimizə uğurlar arzulayırıq!