Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş"Xalq Heydər söyləyəcək" adlı tədbir

Xalqımızın uzun əsrlik mübarizəsi məhz ulu öndər Heydər Əliyev siyasəti nəticəsində qələbə qazanıb. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalq Heydər söyləyəcək” adlı tarixi tamaşanın əsas qayəsi məhz bu fikirdən qaynaqlanırdı.

Mübarizə tariximizə nəzər saldıqda görürük ki, xəyanət və birliyin olmaması tariximizi ən yüksək zirvələrə apara biləcək onlarla bahadırın həyatına son qoyub.

Yəni azadlıq arzusu,güclü olmaq müstəqil dövlət yaratmaq üçün kifayət etmir.Bəzən bu gücdən düzgün istifadə etmədikdə faciəyə çevrilir.8B şagirdlərinin məhz bu gücün qurbanlarının-iddiaları üzündən torpaqlarımızı parça-parça sərhəd qonşularına pay edən xanlıqların faciəli tarixini canlandırdılar.

 XX əsrin sonları müstəqillik qazanan Azərbaycanda yenidən əsarət küləyi əsməyə başladı.Amma xalq küləyin fırtınaya çevrilməsinin qarşısını alan insanı tanıyırdı.Heydər Əliyev-Məhz O Azərbaycanı yenidən xanlıqlara parçalanmasının qarşısını aldı.Xalqımızın uzun əsirlik mübarizəsi məhz Heydər Əliyevin siyasəti nəticəsində qələbə ilə başa çatdı.Müdrik rəhbər,hərtərəfli insan ,dərin düşüncəli alim,uzaqgörən siyasətçi,xalqa düşgün prezident kimi,hər kəsin ürəyində yuva qurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi