BİLGƏ QARABAĞ

BİLGƏ QARABAĞ!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan liseyimizin “ Bilgə Qarabağ ” intellektual oyunu layihəsinin açılış mərasimi keçirilib.

Açılışda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın sədri Rüfət Əsədzadə, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Layihənin əsas məqsədi: Bilgə Qarabağ intellektual oyunu ilə Qarabağın tarixi, mədəniyyətini və incəsənətinin intellektual səviyyədə təbliğinə xidmət etmək və inkişaf edən cəmiyyətin gözləntilərinə uyğun zəka oyunları yaratmaqla şagirdlərin vətənpərvərlik dəyərlərinin inkişafına dəstək verməkdən ibarətdir.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi