Zəfər Günü "Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bu məqsədlə "Zəfər Günü" ərəfəsində liseyimizin rus bölməsinin şagirdlərinin iştirakilə "Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir" mövzusunda tədbir keçirildi.