Müəllimimizin növbəti Uğuru

Müəllimimizin növbəti Uğuru!

Ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirilmişdir.

"Örnək müəllimlər" layihəsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları,təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addım ilə seçilən və sertifikasiya imtahanlarında yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

Liseyimizin riyaziyyat fənnini tədris edən Əməkdar müəllimi Kazımova Nərgiz Ağahüseyn qızı "ÖRNƏK MÜƏLLİM"layihəsində 150 müəllimindən biri seçilib.

Qeyd edək ki, Nərgiz Kazımova

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi Medalı" "Əməkdar Müəllim"

Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən "FƏXRİ FƏRMAN" "İlin ən yaxşı müəllimi" "Qabaqcıl Təhsil işçisi"döş nişanı ilə təltif olunub.

Liseyimizin fəxri Nərgiz müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi