Liseyimizdə dərsdinləmələr keçirilir
VI - VIII siniflərdə tədrisin keyfiyyətinin yoxlanılması məqsədilə dərsdinləmələr aparıldı.
Bu zaman dərs prosesinin təşkilində dərsin planı, təlim məqsədinin düzgün müəyyənləşdirilməsi, fəaliyyətlər arasında məzmun əlaqəliliyi və məntiqi ardıcıllığın təmin edilməsinə diqqət edildi. Müəllim tərəfindən dərsin məzmunun aydın şəkildə izahı, şagirdlərdə yuxarı təfəkkürün inkişafı, dərs prosesində şagird irəliləyişini izləmək üçün qiymətləndirilmənin aparılması və özünü inkişafın təmin edilməsi dərsdinləmənin əsas məqsədidir. Azərbaycan dili, fizika fənlərindən dərsdinləmə zamanı dərslərin daha əhatəli və şagird maraqlarına uyğun təşkil edildiyi müşahidə edildi.