Liseyimizə Sənəd Qəbulu Başlandı

Əziz 2 nömrəli Texniki Humanitar Liseyin yeni valideynləri, hər birinizi məmnunluqla salamlayırıq!
Liseyə qəbul olmuş şagirdlərin sənəd qəbulu 7 avqust 2023-cü il saat 15:00 tarixindən etibarən başlayacaqdır.
*Proses aşağıdakı ardıcıllıqla icra olunmalıdır:*
* 7avqust 2023-cü il tarixindən etibarən sy.edu.az saytından valideyn moduluna daxil olaraq övladınızın elektron ərizəsini çap edib imzalamalısınız.
* İmzalanmış ərizəni övladınız təhsil aldığı məktəbə təqdim etməlisiniz.
*Övladınızın məktəbdə olan sənədlərini təhvil almalı və liseyə təqdim etməlisiniz.
#Yalnız sənədləri liseyə təqdim edilmiş şagirdlər lisey tərəfindən elektron təsdiq olunacaq və lisey şagirdi olacaqlar.
#Prosesin icrasında çətinlik yaranarsa, övladınızın təhsil aldığı məktəbə müraciət edərək elektron ərizənin çap olunub imzalanması ilə bağlı kömək ala bilərsiniz.
Hörmətlə,
Lisey rəhbərliyi