31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart 2023-cü il tarixində liseyimizdə 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan liseyimizin tarix müəllimi H.Rəna müəllimə 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın tariximizin faciəli səhifələrindən biri olduğundan, günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söhbət açmışdır.Şagirdlər də öz növbəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, soyqırımın tarixi, səbəbləri barədə məlumat vermişdilər.