05.05.2022 ci il tarixdə liseydə IX sinif valideynləri ilə görüş keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən həyata keçirilən “ Ailəm və məktəbim” layihəsinin icrası istiqamətində 05.05.2022 ci il tarixdə liseydə IX sinif valideynləri ilə görüş keçirildi. Görüşdə “ Uşaqlarla necə dialoq qurulmalı?”, “ Uşaqların təhsil mühiti necə olmalıdır?”, “Reproduktiv sağlamlıq”, “Uşaqların davranış və duyğularını açıq ifadə etmələrini necə təmin etmək olar?” və s mövzularda müzakirələr aparıldı. Liseyin psixoloqu Gülər Dilbazova valideynlərə mövzularla bağlı slayd təqdim etdi. Təmayül istiqamətləri seçərkən hansı məsələlərə diqqət yetirilməsinin vacibliyi vurğulandı.