28.04.2022 ci il tarixdə liseydə Məktəbdə Valideynin bir Günü tədbiri keçirilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinin icrasını təmin etmək məqsədilə 28.04.2022 ci il tarixdə liseydə Məktəbdə Valideynin bir Günü tədbiri keçirilmişdir. "Ailəm, məktəbim, uğurlarım" şüarı altında baş tutan tədbirin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlığının təmin olunması, həyata keçirilən layihələr, fəaliyyət göstərən dərnəklər barədə məlumatlandırılması, infrastruktur və tədris prosesinin təşkilinin təkminləşdirilməsi üzrə rəy və təkliflərin əlavə edilməsi, qeyri- formal mühitdə lisey kollektivi ilə ünsiyyətin qurulması və s. olmuşdur.
Tədbir zamanı valideynlər övladlarının oxuduğu siniflərdə dərsdinləmələrdə iştirak etdi, şagirdlərin əl işləri ilə tanış oldu və sonda bədii hissədə istedadlı şagirdlərin çıxışlarını izlədilər. Daha sonra rəy və təkliflərini lisey rəhbərliyi ilə bölüşdülər.