23 aprel 2022-ci il tarixində 2 nömrəli THE liseyində "Oxu günü" nə həsr olunmuş dəyirmi masa keçirildi.

23 aprel 2022-ci il tarixində 2 nömrəli THE liseyində "Oxu günü" çərçivəsində liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuriyyə Quliyevanın rəhbərliyi ilə 8"B" sinfində dəyirmi masa keçirildi.Şagirdlər oxuduqları əsərlər barədə fikir mübadiləsi apardılar.Əsərlərin ideyaları, çıxardıqları nəticələr, dünyaya baxışlarında yaratdığı dəyişikliklər barədə çıxışlar etdilər.Sonda liseyin kitabxanaçısı Nargül Nəsibova ən yaxşı oxuculara kitablar hədiyyə etdi.
Direktor müavini Kəmalə Abbasova isə dərin məzmunlu çıxışlara görə şagirdlərə təşəkkürünü bildirdi