"Oxu günü" ilə əlaqədar liseydə açıq kitabxana təşkil edildi.

23 aprel 2022-ci il tarixində 2 nömrəli THE liseydə "Oxu günü" təşkil olundu.Liseyin Azərbaycan dili ədəbiyyatı müəllimi Nuriyyə Quliyevanın rəhbərliyi ilə 9"C" sinfi liseydə açıq kitabxana təşkil etdi.Tədbirin təşkilində məqsəd sinif şagirdlərinin indiyədək oxuduğu bədii əsərləri digər siniflərin şagirdləri ilə paylaşaraq onların da dünyagörüşü, söz ehtiyatı , bədii və məntiqi təfəkkürünün inkişafı, şəxsiyyət kimi formalaşıb yetişməsində kitabların əvəzsiz rolunun olmasıdır.Tədbirdə nəinki, şagirdlər, hətta müəllimlər də fəal iştirak etdilər.