“Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”

Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə“Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması ”adlı layihə çərçivəsində Bakı şəhər Səbayıl rayon 2 saylı Texniki və humanitar elmlər liseyində birgə 18 oktyabr Dövlət Müstəqiliyin 25 illyinə həsr olunmuş “Azərbaycan gəncliyi və müstəqilik” və “Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq “ mövzularında elmi nəzəri praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə acan məktəbin dil ədəbiyyat müəlliməsi E.Həziyeva qeyd etdi ki, Azərbaycan dövləti 2 dəfə müstəqillik qazanmışdır. 1918-ci il mayın 28-də Azərbaycan ilk demokratik respublika qurulmuşdur. Lakin xarici müdaxilə, daxili çəkişmələr üzündən AXC 23 aydan sonra süqut etmiş və Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdur.Sovet hakimiyyəti dağıldıdan sonra 1991-ci il 18 oktyabrda dövlət müstəqiliyyinin elan olunması Azərbaycan dövlətinin yeni inkişafının yeni əsasını qoydu. Layihə üzrə təlimçi Q. Ağalarova layihənin bir neçə mərhələdə icra olunacağından söhbət acdı və qeyd etdi ki, Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var deyən Q.Ağalarova növbəti mərhələdə keçirilən maarifləndirmə tədbirləri çox saylı təkliflərə əsaslanaraq əlaqədar təşkilatlarla davam etdiriləcəklərini bildirdi.GVB sədri M.Əliyev qeyd etdi ki,Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyası zəif aparılır, ölkə televiziyalarında, mətbuatda hansı məhsulların tərkibinə qatqıların qatıldığı və ya təhlükəli məhsullarla bağlı sosial çarxlar yoxdur. Baxmayaraq ki, GMO tərkibli məhsullar istehsal edilən ABŞ, Rusiya, Almaniya kimi ölkələrdə sosial çarxlarla insanları təhlükəli məhsullardan çəkindirməyə çalışırlarÇıxış edən nümayəndələr və müəllimlər qeyd etdilər ki, geni dəyişdirilmiş modifikasiya olunmuş qida məhsulları (GMO) qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. “Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq “Tədbirdə,Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru C.Cəfərov, Azərbaycan Turizm universitetin rektor əvəzi E.Aslanov, AMEA –n Tarix muzeyin müdiri akademik N. Əlihanlı ,Məktəbin dil ədəbiyyat müəlliməsi E.Həziyeva, İnternet ekspress qəzetinin baş redktoru V.Əlibəyli ,məktəbin 10 sinif şagirdi B.İsmayılzadə və digərləri fəxri diplomlara və təşəkkürnamə ilə layiq görürdülər. Tədbirlər çərçivəsində “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında qonaqlara və tədbirdə iştirak edən valideyinlərə rəngli buklet və braşuralar paylandı. Tədbirdə ,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun məsləhətçisi J.Məmmədova , GVB-n İdarə heyəti ,layihə üzrə təşkilat komitəsinin üzvləri və QHT-nin KİV-n nümayəndələri iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi