Səbail rayonu İcra Hakimiyyəinin təşkilatçılığı ilə 07.12.2021-ci il tarixində 2 saylı THL –də “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair tədbir keçirilmişdir.
Azərbaycanın gələcəyi olan gənclərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən liseyimizdə mütəmadi olaraq seminarlar və tədbirlər təşkil edilir.