Fənlər üzrə olimpiadanın seçmə turu keçirildi

   H.Mahmudbəyov adına 16.01.2021-ci il tarixində Fənlər üzrə olimpiadanın seçmə turu keçirildi. 94 şagird iştirak edib özünü sınadı. Sualların tərtibatı və yığılması metodbirləşmə sədrlərinin nəzarəti ilə hazırlanıb, direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanova, tədris işləri üzrə direktor müavini Ülviyyə Tahirzadəyə tədqim olunub. Nəzarətçi müəllimlər: Abbasova Kəmalə, Fərəcova Təranə, Quliyeva Nuriyyə, İmanova Gülçin, Cəfərova Mətanət, Sadıqova Taliyə, Əhmədova Turac, Musayeva Sevil, Məmmədova Aytən, Nəsibova Sevil, Quliyeva Lalə şagirdlərlə "Teams" üzərində turu təşkil etmişlər. Teamsdə keçirilən turda suallar şagirdlərə vaxtında çatdırıb, şagirdlər heç bir maneə ilə üzləşmədən tapşırıqları həll ediblər. Nəzərinizə çatdırım ki, bu onlayn keçirilən ilk yarışma idi. Cavablar artıq yoxlanılıb və yığılıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi