44 günlük Vətən müharibəsi
Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. İgid oğullarımızın sayəsində 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdıq, Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Bu mürəkkəb amma bir o qədər də şərəfli yolda H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyin məzunları olmuş igid ogullarımız da var idi. Abbasov Orxan, Qocayev İsmayıl, Məmmədov Elmar, Hüseynov Cavid, Rəhimzadə Mirpolad - biz sizinlə fəxr edirik!