20 Yanvar - Ümumxalq Hüzn Günü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur.
Hər 20 yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilir.
20 yanvar faciəsi ilə bağlı H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə Azırbaycan dili və ədəbiyyat müəllimi Ellada Həziyevanın rəhbərliyi ilə tədbir keçirildi. Qanlı Yanvar faciəsi ilə əlaqədar olaraq sərgi də həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi