" Şagirdlərimiz Atəşgah məbədində"

Məktəbimizin şagirdlərinin payız tətilinin səmərəli keçirilməsi məqsədilə ekskursiyalar təşkil olunmuşdur. Belə ekskursiyalardan biri 7a sinfinin sinif rəhbəri Nigar müəllimənin təşkilatçılığı ilə həyata keçirilmişdir. Şagirdlər Azərbaycanın tarixi abidəsi - Atəşgahı ziyarət etdilər. Ekskursiyanın keçirilməsi şagirdlərin asudə vaxtlarını faydalı etməsi ilə yanaşı, onların dünyagörüşünün artmasına, tariximiz haqqında dolğun məlumatlar əldə etməsinə şərait yaratmış oldu.