IX sinif şagirdlərinə Ümumi orta təhsil haqqında attestatlar təqdim olundu

30 iyun 2025-ci il tarixində məktəbin IX sinif şagirdlərinə Ümumi orta təhsil haqqında attestatlar təqdim olundu.Qeyd edək ki, Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” əsasında məzunlara təqdim olundu.
Məktəbin direktor əvəzi Ruhiyyə xanım Qurbanova şagirdləri attestat almaq münasibəti ilə təbrik etdi və növbəti tədris ilində onlara müvəffəqiyyətlər arzu etdi.