Məzunlara tam orta təhsil haqqında attestatlar verildi

Bu gün 2024-2025-ci tədris ili üzrə XI sinfi bitirən məzunlara tam orta təhsil haqqında attestatlar verildi. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim edildi.
Məktəbin direktor əvəzi Ruhiyyə xanım Qurbanova məzunları təbrik edib,onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.