“Son Zəng”

Bu gün hər məktəbdə olduğu kimi məktəbimizdə də son zəng tədbiri keçirildi.Tədbirdə məktəbin pedaqoji kollektivi,şagirdlər və valideynlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb,Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə etdi.Tədbir şagirdlərin hazırladığı musiqli kompozisiyalar,rəqslər və şeir nümunələri ilə davam etdi.Məzunlar müəllimlərə təşəkkürlərini bildirərək məktəblə vidalaşmağın sevinc və kədərini bölüşdülər.Sonda simvolik olaraq “Son Zəng” səsləndirildi.