Təşkilat saatı:"Xalqımızın istiqlal mübarizəsi"

E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə 7b sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatı keçirildi. 7b sinfinin rəhbəri,  tarix müəllimi H.Xırdaxanım növbəti təşkilat saatını, bu həftənin ən əlamətdar tarixi günlərindən biri sayılan 17 noyabr Milli Dirçəliş Gününə həsr etdi. Təşkilat saatı şagirdlərin ifasında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbirdə H.Xırdaxanım müəllim şagirdlərlə birgə mövzuya uyğun müzakirələr etdi, Milli Dirçəliş gününə həsr olunmuş şeirlər söylədilər. Daha sonra müəllim qeyd etdi ki, əlamətdar və yadda qalan tarixi günlərin qeyd edilməsi, Azərbaycanın müstəqilliyi, suverenliyi, dövlətçiliyi haqqında bilik və təsəvvürlərin genişləndirilməsi üçün məhz ən yaxşı vasitələrdən biri təşkilat saatıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi