"Mərd və Namərd" nağılı

1 noyabr tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zöhrabova Vüsalə 5b sinfində ədəbiyyat dərslərinin əyləncəli və yaradıcı şəkildə təşkili, həmçinin mənimsənilmiş bilik və bacarıqların daha da mükəmmələşdirilməsi məqsədilə "Mərd və Namərd" nağılını şagirdlərin ifasında səhnələşdirdi. Tamaşada şagirdlər rollara uyğun geyimlərdə iştirak etdilər. Hər yaşa uyğun bədii əsərlərin səhnələşdirilməsi şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə marağın artmasına səbəb olur.