"Kiçik məktəblilərə mənəvi psixoloji dəstək"

31 oktyabrda psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərə mənəvi psixoloji dəstək məqsədilə şagirdlərlə fərdi tapşırıqlar və qrup çalışmaları keçirildi. Fərdi tapşırıqlar şagirdlərdə eyniləşdirmə, fərqləndirmə və düşüncə bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuşdur. Qrup çalışmalarında şagirdlərlə boyama, şəklin hissələrinin tapılması, labirint tipli tapşırıqlar yerinə yetirildi.
Psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərə keçirilən fərdi tapşırıqlar və qrup çalişmalarının məqsədi kiçik məktəblilərə mənəvi-psixoloji dəstək olmaq, onların təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına kömək etmək idi.