"Beynəlxalq Məktəb Kitabxanaları Günü"

Bu gün Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Beynəlxalq Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. Bu münasibətlə məktəbin kitabxanaçısı E.Babayeva Beynəlxalq Məktəb Kitabxanaları Gününün tarixi haqqında şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlərlə "Kitab oxumağı necə sevək?", "Kitab oxumağın faydaları," "Oxumaq nə üçün faydalıdır?", "Niyə məhz kitab?" və s. mövzularda müzakirələr aparıldı. Tədbirdə şagirdlər kitabların faydası haqqında məşhur şəxslərin kəlamları və bu mövzuda maraqlı şeirlər səsləndirdilər. Həmçinin bu gün məktəbin kitabxanaçısı və ibtidai sinif müəllimini təşkilatçılığı ilə birinci sinif şagirdlərinin məktəb kitabxanası ilə tanışlığı həyata keçirildi. Şagirdlərə kitabxana və onun qaydaları haqqında ətraflı məlumat verildi. Hələ yeni-yeni yazıb-oxuma bacarıqlarına yiyələnən birincilər onları cəlb edən kitablara maraqla tamaşa etdilər. Tədbir ərəfəsində yuxarı sinif şagirdləri kitabxanaya yeni verilmiş Dünya ədəbiyyatı ilə yaxından tanış oldular və isdifadə üçün öz marağ dairələrinə uyğun kitablar seçərək mütaliə etdilər.
Dəyərli oxuyucular, bayramınız mübarək.