"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir"

Bu gün 18 oktyabr dövlət müstəqillik günüdür. Bu münasibətlə məktəbimizdə silsilə tədbirlər həyata keçirildi. Səhər saatlarından başlayaraq şagirdlərə radioötürücü vasitəsilə direktor tərəfindən birbaşa məlumatlar verildi. Şagirdlər təbrik olundu. Vətənə, torpağa həsr olunmuş musiqilər səsləndirildi. Şagirdlərimiz Vətən mövzusunda şeirlər ifa etdilər. Məktəbin direktoru Ş. Nadirova, biologiya müəllimi Həsənova Günay və tarix müəllimi Qiyasova Lalə VIII və IX sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş dəyirmi masada dövlət müstəqilliyinin əhəmiyyətindən danışıldı. Birinci siniflər Uşaq ayı çərçivəsində Uşaq hüquqları haqqında Konvensiya isiqamətindən çıxış edərək təbrik olundular. Məktəbimizin birinci sinif şagirdləri Vətənə sevgi, birlik nümayiş etdirən fləşmob göstərdilər. Onlar sıx əl - ələ tutaraq Azərbaycan sözünün ̏ A ̋̏ hərifini nümayiş etdilər. Bütün bu tədbirlər müstəqilliyin Vətən, xalq, uşaqların gələcəyi üçün nə qədər vacibliyini göstərirdi.