"Kitab oxumaq bir mədəniyyətdir"

Şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə 198 nömrəli tam orta məktəbdə X sinif şagirdləri ilə ölməz şair İmadəddin Nəsiminin seçilmiş əsərlərinin oxusu keçirildi və bu istiqamətdə müzakirələr aparıldı. Məqsəd şagirdləri mütaliəyə istiqamətləndirmək, bədii təxəyülün inkişafı, dünyagörüşünün formalaşdırılmasında kitabların əhəmiyyəti və vacibliyini onlara dərk etdirmək idi.