10 Oktyabr “Ümumdünya Psixi Sağlamlıq günü”

10 oktyabr tarixində məktəbimizin 10 və 11 ci sinif şagirdləri ilə 10 Oktyabr  “Ümumdünya Psixi Sağlamlıq günü” mövzusunda maarifləndirici mühazirə keçirildi. Mühazirədə yuxarı sinif şagirdlərinə psixi sağlamlıq anlayışı haqqında məlumat verildi. İnsanın psixi sağlamlığı səviyyəsinin bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olduğu qeyd olundu. Müasir dövrdə psixi sağlamlığın möhkəmləndirilməsi, psixi pozuntuların profilaktikası, eləcə də psixi pozuntulardan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası haqqında ətraflı məlumat verilərək, şagirdləri maraqlandıran suallar cavablandırıldı. “Ümumdünya Psixi Sağlamlıq Günü” mövzusunda maarifləndirici mühazirənin keçirilməsində məqsəd psixi sağlamlığın əhəmiyyəti və qorunması probleminə yanaşmada şagirdlərin məlumatlılıq səviyyəsini yüksəltmək idi.

 

 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi