"Neftçilər günü"

20 sentiyabr tarixində Azərbaycanda "Neftçilər günü" qeyd edilir
Sentyabrın 20-i Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü” olaraq qeyd edilir. "Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olub. Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.
“Nefçilər günü” ilə bağlı 198 saylı tam orta məktəbdə “Kickboxing” üzrə idman yarışı keçirildi. Yarış 10-12 yaş idamançılar arasında baş tutdu. Tədbirdə idmançıların, eyni zamanda DİN İC- nin məşqcisi Allahyarov Muxtar, Üç qat Dünya, iki qat Avropa cempionu Murad Babayev də şagirdlərə “Özünü müdafiə hərəkətlər”i göstərərək məlumatlandırdılar.
Daha sonra məktəbin direktoru Nadirova Şəlalə idmancılara təşəkkürnamə təqdim edərək uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi