"1-ci sinif valideynləri ilə görüş"

20.09.2019-cu il tarixdə 198N-li tam orta məktəbdə 1-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Tədbirdə məktəbin direktoru,psixoloq, Uşaq Birliyi Rəhbəri iştirak etdilər. İlk öncə tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ş.Nadirova valideynləri 2019-2020-ci tədris ili münasibətilə təbrik edərək 1-cilərin valideynlərinə bol-bol uğurlar arzuladı. Daha sonra o,şagirdlərin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu valideyinlərin nəzərinə çatdırdı. Həmçinin məktəb rəhbərliyi  valideynləri maraqlandıran sualları cavablandırdı və onların təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi