"Qoy həmişə günəş olsun"

        1 İyun Uşaqların Müdafiəsi Günü münasibəti ilə Bakı şəhəri Sabunçu rayonu E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə "Qoy həmişə günəş olsun!" mövzusunda təntənəli ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, Millet vəkili Adil Əliyev, Qazi Anar Məmmədov, Dünya Çempionları, Prezidet Mükafatçıları,Gənc İdmançılar, Sabunçu Rayon İcra Hakimiyyətinin Nümayəndəsi Məhəmməd Əsədov, Kənd sakinləri, Məktəbin valideynləri , Müəllimlər və nəhayət bayramları olan gül balalar iştirak edirdilər. Tədbir Kikboksinq İdman Federasiyasının idmançiları tərəfindan bayrağın meydana gətirilməsi və himnimizin şagirdlərin ifasında səslənməsi ilə başladı. Daha sonra məktəbin direktoru Şəlalə Nadirova gələn qonaqları salamlayıb, bayram münasibəti ilə uşaqları təbrik etdi,çıxış üçün Kikboksinq Federasiyasının Prezidenti, Millət Vəkili Adil Əliyevə söz verdi. Adil Əliyev öz çıxışında uşaqları təbrik edib,dövlət rəhbərliyinin uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açaraq,uşaqlarımızın xoşbəxt gələcəyinin təminatı üçün sağlam , savadlı və vətənpərvər ruhda böyüməsının vacıbliyini vurğuldı.Tədbirin bədii hissəsində məktəbin birinci sinif şagirdi “şəhid qızı” Quliyeva Sevinc Sənan qızı çıxış edərək hamida qürur hissi oyatdı. Həmçinin tədbirdə məktəbin özfəaliyyət, kiçik akademiyanın üzvləri və xor kollektivi konsert proqramı ilə çıxış etdilər.Sonra məktəbin direktoru Şəlalə Nadirova tədbirin təşkillatçılığında dəstək olan bir qrup qonaqlara E.Ağayev adına 198№li tam orta məktəb adından "Təşəkkürnamə" ilə təltif edərək minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi