Məktəbimizin şagirdi Kikboksinq üzrə I yerə layiq görüldü
26–29 iyun 2025-ci il tarixlərində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında keçirilən XXIX Azərbaycan Birinciliyində məktəbimizin 8-ci sinif şagirdi Allahyarov Həsən I yerə layiq görülüb.Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq.