1a sinif şagirdləri “Ulduz” şokolad fabrikində ekskursiya etdilər

Ekskursiya elə bir təlim formasıdır ki, bu zaman şagird praktik formada məlumat toplaya bilir. Bu məqsədlə 1a sinif şagirdləri “Ulduz” şokolad fabrikində ekskursiya etdilər. Şagirdlər “Ulduz” şokoladlarından müxtəlif çeşidli məhsulların hazırlanması texnologiyası ilə yaxından tanış oldular. Şagirdlərin məntiqi, maraqlı və bəzən də yumor, gülüş doğuran suallarla müraciəti bu ekskursiyanı daha da rəngarəng etdi. Sonda kollektiv şəkil çəkdirildi, şagirdlərə şirin hədiyyələr təqdim edildi.