5ª sinifi Sinif rəhbəri-Qiyasova Lalə tərəfindən Balaxanı qəsəbəsində ekskursiya təşkil olunmuşdur

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 2015-ci ildən etibarən hər il 18-25 May tarixlərində "Məktəblilər üçün muzey həftəsi"adlı maarifləndirici,interaktiv proqram təşkil edir. İlk dəfə layihə YUNESKO üzrə Azərbaycan Respublikası milli komisyası və Beynəlxalq Muzeylər Şurasının tərəfdaşlığı ilə RUGİM tərəfindən həyata keçirilmişdir.

Etnoqrafiya qoruğu Bakı Abadlıq Xidmətinin köməkliyi ilə 1 həftə (18-25may) qeyri-maddi irsin qorunması haqqında məktəblilərin maarifləndirilməsi nəzərdə tutulur.

Bakı şəhəri Eynullah Ağayev adına məktəbdə bu təşəbbüsə qoşulmuşdur. Məktəb rəhbərliyinin 16 aprel 2025-ci il tarixli "Məktəblilər üçün Muzey həftəsi" adlı interaktiv proqramın təşkili barədə olan məktubumuza məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyində baxılmış və məqsədə müvafiq hesab olunmuşdur.

Məktəbimizin 5ª sinifi Sinif rəhbəri-Qiyasova Lalə tərəfindən 19 may 2025-ci ildə Balaxanı qəsəbəsində ekskursiya təşkil olunmuşdur. Uşaqlar bələdçi ilə təmin olunaraq Bakının qədim Balaxanı kəndini gəzmiş oradakı tarixi yerlərlə tanış oldular. Gəzintinin sonunda Balaxanı EKO muzeyinə gələrək burada gözəl rəsmlər çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi