5 a sinif şagirdi Mirzəbəyli Minaxanım Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Elmi-ifaçılıq konfransında iştirak etmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Bakı Musiqi Akademiyasının ixtisas-məktəb studiya şagirdlərinin Elmi-ifaçılıq konfransında məktəbimizin 5 a sinif şagirdi Mirzəbəyli Minaxanım Elbəy qızı, Fikrət Əmirovun "Aşıqsayağı" pyesinin yaranma tarixi haqqında geniş məlumat verərək sonda əsəri səsləndirmişdir. İştirakçılar tərəfindən onun çıxışı yüksək qarşılanmışdır. Şagirdimizə uğurlar arzulayırıq.