Ramana kəndinə ekskursiya

14 may 2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində həyata keçirilən “7-dən 17-yə – Vətənpərvər!” layihəsi çərçivəsində, Azərbaycanın tarixi abidələri və mədəniyyət nümunələri ilə tanışlıq məqsədilə tədbir təşkil olunmuşdur.
Layihəyə əsasən 6b sinif rəhbəri Şirinova Nərminənin təşkilatçılığı ilə həmin sinfin şagirdləri Ramana kəndinə ekskursiya etmiş, kəndin tarixi abidələri və gəzməli-görməli yerləri ilə tanış olmuşlar. Ekskursiyanın əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunun aşılanması, milli-mədəni irsimizin tanıdılması və tarixi yaddaşın qorunub saxlanılması olmuşdur.
Tədbir uğurla təşkil olunmuş və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.