"Konstitusiya və Suverenlik ili"- nə həsr olunmuş sinifdaxili tədbir keçirildi

Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəblərdə tərbiyə alır və formalaşır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi sistemli və ardıcıl şəkildə həyata keçirilir.Şagirdlərdə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə 198 nömrəli tam orta məktəbdə "7-dən 17-yə vətənpərvər!" layihəsinə əsasən "Konstitusiya və Suverenlik ili"- nə həsr olunmuş sinifdaxili tədbir keçirildi.