7c sinif şagirdləri Qobustan Palçıq Vulkanları Turizm Kompleksində oldular

"7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində 7c sinfi sinif rəhbəri ilə birgə Qobustan ekskursiyasında oldu.Onlar orada Azərbaycanın tarixi və coğrafiyası ilə tanış oldular.Öncə 7c sinif şagirdləri Qobustan Palçıq Vulkanları Turizm Kompleksində oldular.Onlar "Qılınc" palçıq vulkanını görərək canlı şahidi oldular.Daha sonra dünya mədəni irs siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii qoruğunda oldular.Bu qoruqda 6 mindən çox qayaüstü təsvirin aşkar olduğunu bildilər.Bu rəsmlər qədim insanların gündəlik həyatını,ovçuluq səhnələrini,dini ayinlərini və ətraf mühitlə münasibətini əks etdirmişdir.Qoruğun nəzdində Qobustan muzeyinə də gedildi.Muzeydə milli adət-ənənələri əks etdirən əşyalar,geyim və zinət əşyaları,ilk insan tipi,heyvan maketləri və alt çənə sümüyü haqqında məlumata malik oldular.

https://youtube.com/shorts/SpzDkV9Q4DM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi