Ümummili lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü

08.05.2025-ci il tarixində Ümummili lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən dəyirmi masa keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin inkişaf strategiyasını formalaşdığını diqqətə çatdıran məktəbin tarix müəllimi Lalə Qiyasova öz çıxışında qeyd etdi ki,Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan dövlətinin mühüm tarixi nailiyyətlərə imza ataraq möhtəşəm tarixi Zəfər qazandı.

Şagirdlər Ulu Öndər haqqında məlumat verərək,fikirlərini bölüşdülər,şeirlər səsləndirdilər.Heydər Əliyevin həyat və yaradıcılığı haqqında slayd nümayiş etdirildi.

Sonda məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova gənc nəslə Azərbaycanın müstəqil dövlət kimi inkişafında inam və etibar bəslədiyini vurğuladı və tədbirə görə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi