6ç sinfinin şagirdləri ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi keçirildi

07.05.2025-ci il tarixdə məktəb kitabxanasında 6ç sinfinin şagirdlərinin iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi keçirildi. Müzakirə xarakteri daşıyan dəyirmi masada həmçinin Sevinc Nuruqızının "Zəfər nəğməsi -Şuşa", Mürşid İsmayılzadənin "Zəfəri yaşayanlar və yaşadanlar" adlı kitablarda əks olunmuş hekayələrin müzakirəsi çox maraqla qarşılandı. Şagirdlər kitablarda olan, eyni zamanda onları təsirləndirən hekayələri müzakirə etdilər. Hər bir şagird öz təxəyyülünün məhsulu olan "Əsgərə məktub"adlı məqalələrini sevə-sevə oxudular Kitabxanada təşkil edilmiş dəyirmi masanın məqsədi şagirdlərdə vətənpərvərlik mövzusunda olan kitablara marağı daha da artırmaq idi.