23 Aprel "Oxu günü"

23 Aprel "Oxu günü"münasibətilə 198Nli tam orta məktəbin kitabxana müdiri B.Elnarə, kitabxanaçı Ə.Natela, Azərbaycan dili və ədəbiyyat müəllimi M.Fərqanə müəllimin rəhbərliyi ilə kitabsevər şagirdlərin iştirakı ilə “Libraff"mağazalar şəbəkəsinə ekskursiya təşkil edildi. Orada "Libraff”mağazalar şəbəkəsinin  məsləhətçisi, filololoq, fəlsəfə elmləri doktoru, dosent İbrahimli Əminə xanım və həmin mərkəzin, həmçinin "TEAS Press" Nəşriyyat Evinin PR meneceri R.Sərxan müəllimlə görüş təşkil edildi. Şagirdlər görüş iştirakçılarına onları maraqlandıran suallarla müraciət etdilər. Həmçinin mağazada olan kitablarla maraqlanıb, sevdikləri kitablar haqqında ətraflı məlumat aldılar. Mağazadan aldıqları kitablara Əminə xanım öz ürək sözlərini yazaraq, imza etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi