"Narkomaniyaya birlikdə yox deyək" adlı tədbir keçirildi

7 aprel 2025-ci il tarixində məktəbdə "Narkomaniyaya birlikdə yox deyək" adlı tədbir keçirildi. Tədbirdə qeyd olundu ki,müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də, bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.

Tədbir gənclərdə və yeniyetmələrdə narkomaniya və onun fəsadları haqqında maraqlı,düzgün təsəvvürün formalaşdırılması, bu sahədə onların məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, habelə sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyırdı.

Bu mövzu ilə bağlı məktəbin psixoloqu tərəfindən bukletlər hazırlandı və şagirdlərə paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi