"İmtahan həyəcanı nədir ?" mövzusu ilə  bağlı profilaktik tədbir təşkil edildi

28.02.2025 tarixində məktəbin direktor əvəzi Qurbanova Ruhiyyə və məktəbin psixoloqu Əhmədzadə Diləzbər şagirdlərlə "İmtahan həyəcanı nədir ?" mövzusu ilə  bağlı profilaktik tədbir təşkil etdi.

Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi.

Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyələrini verdi.

Hər bir abituriyentə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi