Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

26.02.2025-ci il tarixdə E.Ağayev adına 198N-li tam orta məktəbdə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.
Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə "Xocalı hadisələri" və "Azad Xocalı" mövzularında məruzələr dinlənildi.Məktəbin tarix müəllimi Hicran Həsənova Xocalıya edilən vəhşilliklərdən danışdı.Uşaq xoru rəhbəri Püstə Xanaliyeva,UBR Aynur İbrahimovanın rəhbərliyi ilə şagirdlər "Azad Xocalı" ya həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdilər.