"Hər Şagird bir Kitab"adlı tədbir keçirildi

E.Ağayev adına 198№ tam orta məktəbdə 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə "Hər Şagird bir Kitab"adlı tədbir keçirildi. Məktəblilərin kitaba marağının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə təşkil edilmiş kampaniyada müəllim və şagirdlərin ən çox sevdiyi, paylaşmaq istədiyi bir  kitabı kitabxanaya bağışlamaqla onun zənginləşməsində fəal iştirak etmiş oldular. Kitab Bağışlama kampaniyasında ən çox fərqlənən  7c sinfinin şagirdləri oldu. Onların hər biri kitabxanaya  bir kitab hədiyyə etdilər. Həmçinin məktəb rəhbərliyi R.Qurbanova, kitabxanaçı N.Əsgərova kitabxanaya öz şəxsi kitabxanasından kitab hədiyyə etdilər. Kampaniyada iştirak edən şagirdlər kitabxanada  təşkil edilmiş "Coffe Book" adlı oxu guşəsində kofe içərək kitab mütaliə etdilər. Məqsəd şagirdlərdə kitaba olan marağı daha əyləncəli şəkildə aşılamaq idi . Həmçinin kitabxana şurasının könüllü üzvləri üzərilərinə düşən vəzifələri sevə-sevə, böyük məsuliyyət hissi ilə yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi