"Erkən nikah və onun fəsadları" mövzusunda maarifləndirici söhbət aparıldı

Məktəblərdə maarifləndirməyə ehtiyac duyulan problemlərdən biri də "Erkən nikah və onun fəsadları " mövzusudur.
BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.
            Lakin buna baxmayaraq valideynləri tərəfindən erkən nikaha məruz qalan, təhsildən yayınma kimi hallara da rast gəlinir .
            Bəs erkən nikah nədir? Hansı ailələdə erkən nikaha rast gəlinir?
Erkən nikah- nikah yaşına çatmamış şəxslərin ailə qurmasıdır və bu hal ən çox ənənəvi stereotiplərin təsirinə, savadsızlığa və yoxsulluğa məruz qalmış ailələrdə erkən nikahlara tez-tes rast gəlinir.
           Bu mövzu ilə bağlı şagirdlərlə maraqlı bir anket keçirildi və onlar da öz fikirlərini irəli sürdülər. Erkən nikahların qarşısının alınmasına dair təlimlərdə iştirak edərək, ətrafınızdakı insanları maarifləndirərək, hətta öz ailənizdə bu halın qarşısını alaraq başqalarına örnək ola bilərsiniz.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi