2 Fevral Azərbaycan Gənclər Gününə həsr edilmiş tədbir keçirildi

31 yanvar tarixində Sabunçu Rayon Gənclər Evində 2 Fevral Azərbaycan Gənclər Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə 198 nömrəli tam orta məktəbin UBR - i Aynur İbrahimova və məktəbin yuxarı sinif şagirdləri də iştirak etdilər. Tədbirin rəsmi hissəsində vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdi.
Tədbirdə məqsəd müasir gənclərə milli-mənəvi dəyərlərə hörmət etmək, vətənlətvər ruhda böyüməyi aşılamaq idi.