Pedaqoji Şuranın növbəti iclası keçirildi

E.Ağayev adına 198№-li tam orta məktəbdə 31.01.2025-ci il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəbin direktor əvəzi Ruhiyyə Qurbanova iclas iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış etdi. I yarımil üzrə qiymətləndirmənin nəticələri elan olundu. Şagirdlərin təhlükəsizliyinin təmin olunması, psixoloji maarifləndirmənin gücləndirilməsi, sinif rəhbərləri tərəfindən şagirdlərə nəzarətin artırılması, etik davranış qaydalarına riayət olunması kimi aktual məsələlər müzakirə olunaraq qərarlar qəbul olundu. Rəhbərlik sonda Azərbaycan Gənclər Günü münasibətilə gənc müəllimləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi