4c sinfi 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

E.Ağayev adına 198N-li tam orta məktəbin 4c sinfi 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, Şəhidlərimiz unudulmaz xatirəsini hörmət və ehtiramla yad ediblər.