20 Yanvar-Ümumxalq Hüzn Günü

16.01.2025-ci il tarixində E.Ağayev adına 198№-li tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir təşkil edildi. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açıldı. Məktəbin tarix müəllimi Hicran Həsənova 35 il əvvəl azadlıq, müstəqilik üçün ayağa qalxan bir xalqın başına gətirilən faciədən danışdı. Uşaq xoru rəhbəri Püstə Xanəliyeva və UBR Aynur İbrahimovanın rəhbərliyi ilə şagirdlər 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirdə tarixi hadisələri əks etdirən slayd da nümayiş etdirildi.